İNTERYER DİZAYN KONSEPTLƏRİ

04.04.2021

MÜKƏMMƏL İNTERYER DİZAYN YARATMAQ ÜÇÜN 5 ƏSAS KONSEPTLƏRİ TƏQDİM EDİRİK


Mükəmməl interyer dizayn yaratmaq üçün əsas konseptləri bilmək lazımdır. Əks təqdirdə nəticə uğursuz olur. Çünki konsept, prinsip və gözəllik arasında incə bir xətt var. Bütün evi bir vahid kimi nəzərdə saxlamaq lazımdır. Fokus nöqtəsi yaratmaq ümümi dizaynı xəyal qurmaq qədər vacibdir. Burada mütləq tarazlığı qorumaq daha doğrudur. İnterner dizayn konseptlərində dəstək olacaq 5 əsas göstəricini sizə təqdim edirik.

1. HARMONİYA
Ev hissə-hissə düzülüş deyil, salon və pilləkənlər daxil olmaqla müxtəlif hissələrlə birləşdirilmiş bir vahid zənciridir. Beləliklə, evi təcrid olunmuş bir quruluş deyil, bütöv hesab etdikdə dizaynınızda harmoniya yaradırsınız.
Harmoniya özlüyündə birlik və rahatlıq hissi verdiyindən dizaynınız vahid rəng, mövzu və üslub istifadə etməlisiniz.

2. RİTM AHƏNGİ
Ritm musiqi qədər interyer dizayn üçün də vacibdir. İnteryer dizaynında ritm ahəngini düşündüyümüz zaman təkrar və təzad nümunələri yaradaraq vizual gözoxşadan konseptlər yaratmaq nəzərdə tutulur. Ritm ahəngi davamlılıq, təkrarlanma və hərəkət baxımından təyin edilir.

3. BALANS
İnteryer dizaynın vacib konseptlərindən biri olaraq tarazlıq sabitlik hissi yaradır. İstər rəng, naxış, mövzu, toxuma və ya forma vasitəsi ilə dizaynı təşkil edən bütün elementlərdə bir tarazlıq yaradılmalıdır. Bir otaqdakı cisimlərin görmə ağırlığının bərabər paylanması balanslamanı təmin edir.

4. FOKUS NÖQTƏSİ
Mərkəz fokus nöqtəsi interyer dizayndakı növbəti bir anlayışdır. Monotonluq və cansıxıcılıq interyer dizaynın ən çox qarşılaşılan problemlərindəndir. Dizaynda fokus nöqtəsini uğurlu qoyulmadığı zaman qalıcı bir təəssürat yaradılması mümkünsüzdür.

5. NİSBƏT VƏ MİQYAS
İnteryer dizaynda miqyas ölçüləri tutduğu yerlə 2 fərqli ölçünün bir-birinə bağlanmasıdır. Əsas qayda kiçik seqmentin daha böyük seqmentə bərabər nisbətdə bölünməsidir, çünki daha böyük seqment boşluğun hamısına bərabərdir.